COĞRAFİYA NƏYİ ÖYRƏİR.
Coğrafiya nəyi öyrənir. Coğrafiya yunan sözü olub, “ geo” yer, “ qraf” yazıram deməkdir. Bu elmi ilk dəfə Misirdə yaşayn ,əslən yunan olan Erotosfen yaradıb. Coğrafiya- təbiəti, təbiətdə baş verən hadisələri, bu hadisələri törədən səbəbləri, əhali və təsərrüfatı öyrənən elmdir. Coğrafiya 2 yerə bölünür: 1) Fiziki coğrafiya- təbiəti, təbiətdə baş verən hadisələri və bu hadisələri törədən səbəbləri öyrənir 2) İqtisadi coğrafiya- Əhali və təsərrüfatı öyrənən elmdir. Coğrafiyanın vəzifəsi – kecmişdə, indi, gələcəkdə baş verən hadisələri qabaqcadan xəbər verməkdir. Yəni proqnozu verməkdir. Yer haqqında ilk fikirləri şumer və babillər veriblər. Babillər Yeri bir necə qatdan ibarət olduğunu söyləyiblər. Onlara görə yerin üstündə babillər, başqa qatlarda isə digər xalqlar yaşayırlar. Şumerlər isə Kicik Asiyanı dünyanın mərkəzi hesab ediblər. Dünyanın 4 cəhətdən ibarət olduğunu söyləyiblər. Hər cəhətdə bir dünya olduğunu güman ediblər. Kicik Asiyanın isə bu dünyanın mərkəzində yerləşdiyini söyləyiblər. Yerin forması haqqında ilk fikirləri söyləyib Aristotel, onun fikrinə görə Yer kürə fofmasındadır. Bu fikri onu görə əsas götürüb ki, Ay tutularkən Yerin forması ora kürə şəkilində düşüb. Sonra Yerin kürə formada olması haqqında fikri e. ə. V əsrdə yaşayan Pifaqor da söyləyib. İlk xəritəni e.ə. III əsrdə yaşayan Erotosfen yaradıb. II dəfə e.-ın I əsrində yaşayan Ptolomey tərtib edib. Onların xəritələrində ümmumi cəhət ondan ibarət idi ki, eyni ərazilər təsvir olunurdu.Yəni, Cənubu Avropa, Şimali Afrika, Ön Asiya ( Cənub Qərbi Asiya) , Aralıq, Qara, Egey dənizləri göstərilirdi. Fərqli cəhət ondan ibarət idi ki, Ptolomeyin xəritəsi daha dəqiq idi. Cünki orada dərəcə torundan istifadə olunurdu. Yəni onun xəritəsində paralel və meridianlar var idi. İlk qlobusu X- XI əsrdə yaşayan Əl Bruni , II dəfə isə 1492-ci ildə Martin Behaym yaradıb. O, Yerin qlobusunu “ Yer almasına” bənzədib.Əl Brininin qlobusu indi Səmərqənddə saxlanılr. XII əsrdə yaşayan Azərbaycan şairi N. Gəncəvi də özünün “ İsgəndərnamə” əsərində Yerin əmələ gəlməsi, forması haqqında fikirlər söyləmişdir.XII əsrdə yaşayan Nəsrəddin Tusi Yerin fırlanması haqqında məlumat verir. Beləliklə, coğrafiyanın öyrənilməsi 4 mərhələyə bölünür; 1) Qədim dövr- İnsan yarandığı gündən e.-zın V əsrinə qədər ki, dövrü əhatə edir. Bu dövrdə yer haqqında ilk bəsit və sadə fikirlər irəli sürülürdü. Yerin düz, ücbucaq, dördkünc və sair formada olması haqqında fikirlər söylənilirdi. Bu fikirlər səhv idi. Amma buna baxmayaraq onu biz elm kimi qəbul edirdik. 2) Orta əsrlər dövrü- e.-zın V əsrindən XV əsrə qədər olan dövrü əhatə edir- Bu dövrdə Yerin kürə formada olması haqqında fikirləri alimlər söyləsələr də, din xadimləri bunu qəbul edə bilmirdilər. Artıq kicik gəmilərlə okeanlarda üzmək bacarığı yaranmışdı. 3) Böyük coğrafi kəşflər dövrü- XV əsrdən XVII əsrə qədrəki, dövrü əhatə edir.- Bu dövrdə hər yan kəşf olunub qurtardı. Yerin kürə formada olması fikri özünü doğrultdu. 4) Müasir dövr- İndi coğrafiya Okeanların dibini, uca dağları, Kosmosu,Antarktida, Arktikanı, səhraları öyrənir. Coğrafiyanın inkişafında səyyah və dənizcilərin cox böyük rolu və xidməti olub. Bunlardan biri də ilk səyyah və dənizci Xristafor Kolumb olub..XV əsrdə Avropalılar artıq ipək yoli ilə Hindistan və Cinə gedə bilmirdilər. Səbəb: 1) Ərəblər yolu bağlamışdılar, digər tərəfdən onlar bu ölkələrdən gələn malların qiymətini süni şəkildə qaldırırdılar. 2) Yol cox uzaq, cətin və kecilməz dağlardan kecirdi. Bu da artıq avropalıları təngə gətirmişdi. 3) Onlar artıq okeanda üzə bilirdilər. Avropalılarda artıq kompas da var idi. Bütün bu səbəblər onları məcbur edirdi ki, onlar Hindistana dəniz yolu acsınlar. Bunu da ilk dəfə X. Kolumb etdi. O , Hindistana dəniz yolu acmaq ücün belə fikrə gəlir ki, İspaniyadan qərbə getsə gedib Hindistana cıxa bilər. Cünki o dövrdə Yerin kürə formada olması fikri daha cox yayılmışdı. O da bu fikri əsas götürərək yola cıxır. Onun bu fikri doğru idi.Amma, onun bir səhvi var idi. O , bu yolu cox qısa zənn edir. Bu səhv fikir onun cox böyük kəşfi ilə nəticələndi. Kolumb özü də bilmədən yeni bir materik kəşf etdı. O. Bu materikə 4 dəfə gəldi. 1492, 1495, 1498, 1502- ci illərdə . Ölənə qədər də buranı Hindistan bildi. Yerli əhalini isə hundular adlandırdı.O bura üzərkən okeanda axar suya rast gəlir. Bunun cərəyan olduğunu ilk dəfə o söyləyir. İlk qədəm qoyduğu adaları isə Vest- Hind adaları adlandırır.( Qərbi Hindistan deməkdir). Hindistana ilk dəniz yolunu 1498- ci ildə Portuqliyalı Vaska Da Qama acır. Afrikanı dolanmaqla. Bunla da Afrikanın qərbi, cənubu, şərqi də kəşf olunur. Kolumbun tapdığı ərazinin isə yeni materik olmasını 1507- ci ildə Ameriqo Vespucci söyləyir. Onun şərəfinə materik Amerika adlanır. Yerin kürə formada olması haqqında fikirlər artıq güclənirdi. Din xadimləri isə bunu qəbul etmək istəmirdilər. Buna son qoymaq ücün ilk dəfə Fernando Magellan 1519- 1522 – ci illərdə özünü ilk dünya səyahətini təşkil edir. O, Portuqaliyadan qərbə getməklə Cənubi Amerikanın şərqini dolanmaqla, hec kəsə məlum olmayan bir boğaza cıxır, onu Magellan boğazı adlandırır.Bu boğazdan kecərkən görür ki, bir adadan od cıxır, onu Odlu Torpaq adlandırır. Bu məntəqələrdən sonra o, elə bir okeana cıxır ki, bu okeanı hec kəs tanımırmış. Okeandan kecəndə okeanda hec bir dalğaya rast gəlmədiyinə görə onu Sakit okean adlandırır. Beləliklə Magellan Magellan boğazını, Odlu Torpağı, Sakit okeanı kəşf edir. Özü səyahətini başa vura bilmir. Fillippin adalarının birində yerli əhali ilə vuruşmada həlak olur. 41 yaşında( 1480-1521). Onun dəstəsindən sağ qalan 18 nəfər İspaniyaya qayıdır. Yerin kürə formada olmasını sübut edir. Magellanın səyahəti dünyaya 2 böyük töhvə verdi: 1) Yerin kürə formada olması təsdiqləndi 2) Dünya okeanının vahid olması sübut olundu. Bu səyahətdən sonra dünya dövlətlərinin yeni torpaqlar kəşf etmək istəyi coxalır. Bu məqsədlə cənub qütbündə torpağın olması haqqında fikirlər güclənir. Bu torpaqları tapmaq ücün 1606 – cı ilədə ilk dəfə Hollandiyalı dənizci Yanson ilk səyahətini təşkil edir. O, cənub qütbündəki torpaqları tapa bilmir. Gəlib Avstraliyanı kəşf edir. II dəfə bunu holland Tasman kəşf etmək istəyir. O da bu torpaqları tapa bilmir. 1642, 1644-cü illərdə Avstraliyaya gəlir. Buranın yeni və müstəqil materik olduğunu sübut edir. III dəfə cənub qütbündəki torpaqları tapmaq ücün ingilis Ceyms Kuk səyahətə cıxır. O da qütbdəki, torpaqları tapa bilmir. Avstraliyaya gəlir. Buranın müstəqil materik olduğunu söyləyir. Onu Avstraliya adlandırır.Mənası Cənub materiki deməkdir.Bundan sonra ingilislər materikə axışmağa başlayır. Antarktidanı ilk dəfə 1819- 1821 ci illərdə Lazarev və Belinshauzen kəşf edirlər. Coğrafiyanın öyrənilməsində qədim dövrdə yunanların, orta əsrlərdə ərəblərin, böyük coğrafi kəşflər dövründə portuqal və ispanların, soralar ingilis, amerikan, fransız, holland və sair dövlətlərin dənizci və səyahətcilərinin böyük rolu olub. Şimali Amerikanı ilk dəfə norman və vikinqlər X- XI əsrlərdə kəşf ediblər. Sonralar onu tədqiq edib- Con Kabot, Makkenzi, Hudzon, Cirikov, Berinq və sair səyahətcilər. Cənubi Amerikanı tədqiq edib- Humbolt, Bonplan. Hunbolt Cili-Peru cərəyanını ilk dəfə kəşf edib. Ona görə bu cərəyanı Humbolt cərəyanı da adlandırırlar. Humbolt Amerikanın II Kolunbu adandırılır. Afrikanın öyrənilməsində böyük xidmətləri olub- Livinqston, Yunker, Stenli, Vavilov. Mərkəzi Asiya ən gec öyrənilib. Səbəb: 1) Ticarət yollarından uzaqda yerləşib. 2) Kecilməz dağlar 3) Sərt iqlim şəraitinə görə. Onu tədqiq edib- Tyan-Şanski, Perijivalski, Kazlov, Şirvani və sairləri. Sibir, Uzaq Şərq, Şimali Amerikaın şimal- qərbini tədqiq edib- Laptevlər, Verxoyanski, Cerski, Berinq, Cukot, Cirikov, Xabarovski, Atlasov və sairləri. Cirikovu rusların II Kolumbu adlandırıblar. Şimal qütbünü ilk dəfə kəşf edib- 1909-ci il aprelin 6-da Robert Piri. Cənub qütbünə ilk dəfə gəlib- 1911- ci ilin dekabrında Amundsen, 1912- ci ilin yanvarında Skott gəlib. Şimal və cənub maqnit qütblərini kəşf edib- Amundsen. Atlantik okeanının xəritəsini tərtib edib- Piri Rəis. II dünya səyahətinə cıxıb- Dreyk, III dünya səyahətinə cıxıb- 1803- 1806 cı illərdə Kruzenşterin və Lisyanski. İlk kompas yaradılıb Cində, onu Avropaya gətirib ərəblər. Azərbaycanın öyrənilməsində də səyahların böyük rolu olub. Azərbaycana ilk gələn səyah Strabon olub. E.ə. I əsrdə. O, 17 cilidlik coğrafiya kitabı yazıb. Onun 11 –ci cilidini başdan- başa Azərbaycana həsr edib. O, Atrapatena, Albaniya dövlətlərinin təbiətini öyrənib, onun sərhədlərini müəyyənləşdirib.Xəzəri- Kaspi adlandırıb. II dəfə Azərbaycana e. II əsrundə yaşayan Ptolomey gəlib.Xəzəri Hirkan adlandırıb.29 şəhərin koordinantlarını müəyyənləşdirib. Ərəblərdən Azərbaycana ilk dəfə gəlib VII əsrdə İbeyid İbn Şəruyyə. O, Azərbaycanı “ ağlasığmaz gözəlliklər diyarı “ adlandırıb. II dəfə XIII_ XV əsrdə yaşayan Həməvi gəlib. O, Azərbaycan sözünün mənasını acıqlayıb-“Azər”- od, “ baycan” qoruqcu deməkdir. XIII əsrdə Azərbaycana ipək yolu vasitəsi ilə İtaliyadan Cinə gedən Marko Polo gəlib. XV əsrdə Ruslardan Afanasi Nikitin gəlib. O, Hindistana gedərkən Azərbaycandan kecib. Onu burada Uzun Həsən qarşılayıb. A. Nikitin “ 3 dəniz arxasına səyahət” adlı əsərini yazıb. XVIII əsrdə Azərbaycana Fransız Aleksandr Düma gəlib. Azərbaycanın ən böyük səyyahı Hacı Zeynalabdin Şirvani olub. Ömrünün 40 ilini səyahətdə kecirib. O, Ərəbistan, İran, Şri-Lanka, Hindistan, İndoneziyada, Misirdə olub. Yəni- Şimali Afrikada, Cənub- Qərbi Asiyada, Cənubi Asiyada, Cənub-Şərqi Asiyada olub. “ Cənnət bağları”, “ Səyahət bağları” adlı əsərlərini yazıb. Azərbaycanın ilk dərsliyini Qafur Rəşad Mirzəzadə yazıb. Müasir dövrün ən böyükvsəyyahı Norvecli Tur Xeyerdal olub. XX əsrin ortalarından XXI əsrin əvvəllərinə qədər. Böyük coğrfi kəşflər dövrünü XV-XVII əsri, Yeni coğrafi kəşflər dövrü isə XVIIəsrdən – XX əsrin əvvəllərinə qədər olan dövr aiddir. Plan və xəritə Plan, xəritə və qlobus kartoqrafik təsvirlər adlanır. Məhəllə tanış olmaq ücün istifadə edilir- plandan,fotodan, kinolentindən, mənzərə şəkillərindən, aerofoto şəkildən. Foto məhəll haqqında tam təsvir verə bilmir. Cünki, o, məhəllin yandan təsviridir. Obyüktin arxa tərəfi görünmür. Ən yaxşı təsviri plan və aerofotoplanaalma verir. Cünki, onlar məhəllin yuxarıdan təsviridir. Məhəllin yuxarıdan təsvirinə quşbaxışı planaalma deyilir. Onların oxşar cəhəti budur. Fərqli cəhəti isə- aerofoto rəngsiz, plan rəngli və şərti işarəli təsvirdir. Məhəllin yuxarıdan, kicildilmiş şəkildə rəngli, miqyaslı, şərti işarəli təsvirinə plan deyilir. Planda şərti işarələr 3 cür olur: 1) Konturlu- buna sahəvi şərti işarə də deyilir.Bu obyektin sahəsini müəyyənləşdirir. Bu şərti işarələrlə bağ, bostan, park,meşə, plantasiyalar. Tarlalar, göl, dəniz və sairə göstərilir. Bağ, meşə. Park əvvəlcə qara nöqtələrlə, təsvir olunur. 2) Xətti şərti işarələr- bununla dəmiryolu, avtomobil yolu, boru kəmərləri, rabitə xətləri, cay, kanal, səyyahların getdiyi yollar, külək, cərəyanlar və sairə göstərilir.Bunula obyektin uzunluğu müəyyən edilir. 3) Miqyassız şərti işarələr- Obyekt uzadan yaxşı görünür. Amma yaxına gəlndə görürsən ki, o qədər də böyük sahə tutmur. Amma bu. Obyekt mütləq planda göstərilməlidir. Bu zaman miqyas nəzərə alınmadan o plana köcürülür.Buna miqyassız şərti işarələr deyilir. Bu şərti işarələrlə obyektin yeri müəyyənləşdirilir. Bunla bulaq, ceşmə, fabrik, zavod, məktəb, kilsə, məcid, abidə, qalalar, qüllə, antena və sairə göstərilir. Planda miqyas böyük olur. Ona görə də kicik sahələr təsvir olunur. Planda təsvir olunan sahələr kicik olduğuna görə də təhriflər, səhvlər olmur. Planda elə obyektlər var ki, bir- birinə oxşayır. Məsələn, meşə ilə bağ. Onları biri- birindən fərqləndirmək ücün insanda güclü müşahidəcilik qabiliyyəti olmalıdır. Meşədə ağaclar necə gəldi düzülürsə, bağda ağaclar sıra ilə düzülür. Bunla oxşar obyektləri bir- birindən ayırmaq olar. Miqyas
Ərazini plana alarkan mütləq miqyası da bilməliyik. Cünki, ərazi böyük, kağız isə kicikdir. Mütləq sahə kicilməlidir ki, onu plana almaq olsun. Bu kicilmə miqyas adlanır. Ərazinin bir necə dəfə kicildiyini göstərən kəsr ədədinə miqyas deyilir. 3 cür miqyas var; 1) Ədədi miqyas- Sürəti vahid, məxrəci yuvarlaq ədəd olna kəsr ədədinə ədədi miqyas deyilir.Məsələn- 1: 1000000, 1: 2 000 000, 1: 30 000 000 və sairə 2) İzahlı miqyas. Buna bəzən adlı miqyas da deyilir. Ədidi miqyasın izahına deyilir. Məsələn, 1 sm-da- 5km, 1 sm-da—200 m, 1 sm-da- 300 km və sairə. Planın 1 sm-nə məhəlldə uyğun gələn məsafəyə miqyasın kəmiyyəti deyilir.Bundan istifadə etməklə xəttin həqiqi uzunluğunu tapmaq olar. 3) Xətti miqyas- düz xətt şəklində cəkilib bərabər hissələrə bölünən miqyasa deyilir. Ədədi vəizahlı miqyasın qrafiki işarəsinə deyilir. ı----ı----ı----ı. Bu şəkildə də göstərilir. Ərazini plana alarkən üfüqün cəhətlərini də bilməliyik. Coğrafiya öyrənilərkən ilk dəfə cəhətlərin təyini öyrənilib. Acıq ərazidə gözlə görünən hissə üfüq adlanır. Acıq ərazidə baxanda uzaqda yerlə göyün birləşdiyi əraziyə üfüq xətti deyilir. Üfüqün 4 əsas, 4 aralıq cəhəti var. Əsas cəhətlər aşağıdakılardır: 1) Şimal 2) Cənub 3) Şərq 4) Qərb Aralıq cəhətlər aşağıdakılardır: 1) Şimal- şərq( şm-şq) 2) Cənub- şərq( c-şq) 3) Şimal- qərb( şm-q) 4) Cənub- qərb( c-q) Üfüqün cəhətləri əvvəlcə şimala olan istiqamətlə müəyyənləşdirilir. Üfüqün cəhətlərini təyin etmək olar- kompasla, qnomanla, Günəşə görə,qütb ulduzuna görə, yerli cisimlərə görə, ağacın gövdəsində bitən mamıra görə ( mamır soyuq sevən olduğu ücün həmişəağacın şimal hissəsində butur). Dənizcilərin cəhəti təyin etməsinə rumb deyilir.Dənizcilərdə cəhət 32 istiqamət üzrə təyin edilir. Qlobus və xəritələrdə cəhət paralel və meridianlarla təyin edilr. Paralellər qərbi və şərqi, meridianlar isə şimalı və cənubu göstərir. Planda isə istiqamət oxla göstərilir. Azimut
Ərazini plana alarkən elə yerlər vardır ki, onlar nə şimalda, nə cənubda,nə də şimal- şərqdə yerləşir. Onlar tam aralıqda yerləşirlər. Belə əraziləri plana alarkan azimuntdan istifadə olunur. Şimala olan istiqamətlə verilən istiqamət arasında qalan, saat əqrəbi istiqamətində hərəkət edən bucağa azimut bucağı deyilir. Azimut bucağının dərəcə qiyməti 0-3600. Bunlar aşağıdakı kimidir: üfüqün əsas tərəflərinin dərəcələri: 1) Şimal- o-3600 2) Cənub- 1800 3) Şərq- 900 4) Qərb- 2700 Üfüqün aralıq tərəfinin dərəcələri: 1) Şimal- şərq- 450 2) Cənub- şərq- 1350 3) Şimal- qərb- 3150 4) Cənub- qərb 2250 Yerdə qalan cəhətlər: 1) 1-89 dərəcələr şimal –şərq arasındakı dərəcələrdir. Məsələn, 350, 490, 720, 89 0şm-şq-i göstərir. 2) 91- 179- 0cənub- şərqi, 3) 181- 269- cənub-qərbi, 4) 271- 359- dərəcə isə şimal-qərbi göstərir. Məhəldə azimutu kompasla, planda isə transportir ilə müəyyənləşdirirlər. Nisbi və mütləq hündürlk
Ərazini plana alarkan məhəllədə ki, hündürlük və alcaqlıqları da bilməliyik. Hündürlük və alcaqlıqları 2 üsulla öyrənmək olur. 1) Nisbi hündürlük 2) Mütləq hündürlük Bir nöqtəni digərindən fərqləndirən hündürlüyə nisbi hündürlük deyilir.Bu hündürlük nivelir adlanan cihazla ölcülür. Ölcülən təpə 4 tərəfdən ölcülür. Səbəb təpə hər tərəfdən eyni hündürlüyə malik deyil. Həm də üfüqün 4 cəhətinə görə 4 tərəfdən ölcülür.Ölcüləndən sonra plana köcürülür. Əvvəlcə nöqtələrin yeri göstərilir. Sonra eyni hündürlüklü nöqtələr əyri xətlərlə birləşdirilir. Buna horizontallar deyilir. Eyni hündürlüklü nöqtələri birləşdirən xətlərə horizontallar və ya izohipslər deyilir.Planda göstərilən birinci horizontal təpənin ətəyini göstərir. İcərisində qeyd edilən nöqtəisə təpənin zirvəsini göstərir. Əgər horizontallar bir-birinə sıx cəkilibsə, bu o deməkdir ki,təpə dikdir. Əgər aralı cəkilibsə, bu o deməkdir ki, təpə o qədər də dik deyil. Yəni mailidir.Təpənin maili yerindən təpəyə cıxmaq olar. Belə yerlər təpə və ya dərənin eniş və ya yoxuşu hesab olunur.Bunlar mütləq planda göstərilməlidir. Belə yerlər planda ştrixlərlə göstərilir. Bunlara berqştrixlər deyilir.Berqştrixlərlə axar suların istiqaməti,yamacın meyillilik istiqaməti də göstərilir.Berqştrixlər kicik xətlər olub, horizontala cəkilən perpendikulyar xətdir.Berqştrixlər icəri cəkilərsə bu dərə, bayıra cəkilərsə isə bu təpəni göstərir. Bir horizontalı digərindən fərqləndirən hündürlük kəsmə hündürlük adlanır.dağ nə qədər hündür olarsa, belə ərazılərdə horizontalların sayı cox olar. Ərazinin hündürlüyü azaldıqca horizontalların sayı da azalır. Ən cox horizontal Himalay, Pamir, Tyan-Şan, Kunlun, Nanşan, And, Kordilyer, Böyqk Qafqaz və sairə dağlarında olur. Ən az horizontal ovalıqlarda, yəni yaşıl rənglə göstərilən ərazilərdə olur. Yəni, Xəzərsahili, Kür-Araz, Mesopatomiya, Amazon, Missisppi və sair ovalıqlarında olur. Hər hansı bir ərazinin dəniz səviyyəsindən olan hündülüyünə mütləq hündürlük deyilir. Hər hansı bir nöqtədən dəniz səviyyəsinə endirilmiş xəyali perependikulyarın hündürlüyünə mütlıq hündürlük deyilir. Bu hündürlük xəritə və ya planda nöqtə ilə göstərilir., yanında rəqəm yazılır.Mütləq hündürlük okean səviyyəsindən hesablanır.Okean səviyyəsi 0 metr hesab olunur. Azərbaycanda hündürlük Baltik dənizi səviyyəsindən hesablanır. Planaalma Ərazi 2 yolla plana alınır: 1) Havadan- buna quşbaxışı planaalma deyilir.Bu planaalma təyyarə və vertalyotlara bağlanılmış fotoaparatlar vasitəsi ilə aparılır. 2) Yerüstü plana alma-bu da 2 cür aparılır: a) Dəqiq alətlərlə mürəkkəb planaalma. Bunu biz apara bilmərik. Bunu ancaq mühəndis və topoqrqflar aparırlar. b) Sadə alətlərlə gözəyarı planaalma- Bunu biz hamımız apara bilərik Bunu aparmaq ücün menzula adlanan cihazdan istifadə edirik.Menzula yunan sözüdür. “ stol”, “masa” deməkdir.Bir planşet və 3 taxta ayaqdan ibarətdir. Üstünə ağ kağız yapışdırırlar, kompas bərkidilir, şimalı və cənubu göstərən ox cəkilir.Bundan sonra planaalma aparılır. Ərazini plana alarkən obyektlər arasındakı məsafələr də mütləq ölcülməlidir. Bu 4 cür ölcülür; 1) Addımla 2) Ruletka ilə 3) Cöl pərgarı ilə 4) Gözəyarı Ərazi plana alınarkən mütləq aşağıdakı amillərdən istifadə olunur: 1) Şərti işarələrdən 2) Miqyasdan 3) Üfüqün cəhətlərindən 4) Azimutdan 5) Horizontallarda 6) Obyektlər arasındakı məsafələrin ölcülməsindən Ərazi aşağıdakı üsullarla plana alına bilər: 1) Qütb planalması- bir nöqtədə durub ətraf ərazilərin planalınmasına deyilir. 2) Marşrut planaalması- yolboyu gedə-gedə sağ və solun planaalınması 3) Quşbaxış planaalma- Havadan planaalma adlanır. 4) Kosmik planaalma-bu ən yaxşı planaalmadır. Cox böyük ərazilər dəqiqliklə plana alınır. Bunlardan ikisi yerüstü plana almadır. Bunlar- qütb və marşrut planaalmasıdır.İkisi isə havadan planaalmadır. Bunlar quşbaxış və kosmik planaalmadır. Yerin forması və ölcüləri Yerin forması haqqında ilk fikirlər insan yaranandan onu maraqlandırıb.Bəziləri yeri 4 bucaq, bəziləri 4 künc, bəziləri 3 bucaq, bəziləri düz və sair formada təsvir edirdilər.Onlara eləgəlirdi ki, Yer hər hansı bir heyvan üzərində durur.Günah iş görəndə heyvan qəzəblənir, zəlzələ olur.Homer Yeri düz, Heradot isə oval formada olduğunu söyləyirdilər. Yerin kürə formada olması fikrini ilk dəfə Aristotei, sonralar isə e.ə. V əsrdə yaşayan Pifaqor söyləyib. Yerin ilk ölcüsünü Eratosfen aparıb.İlk dəfə Yer cevrəsinin( yəni ekvatorun) uzunluğunu hesablayıb. Onun 39500 km olduğunu söyləyib.II dəfə isə Əl Bruni hesablayıb. Onun 41500 km olduğunu güman edib. İlk rəsədxananı isə Nəsrəddin Tusi Marağa şəhərində 1259- ci ildə acıb.Orada ilk dəfə ulduzlu qlobusu yaradıb. Bu qlobus indi Drezden rəsədxanasında saxlanılır. Yerin ilk radisunu da Eratosfen hesablayıb- 6310 km. II dəfə fransız Jak Pikar hesablayıb- 6371, 7 km. Yerin ellepisvari formada olmasın isə ilk dəfə İssak Niyton söyləyib. O, həm də deyib ki, Yer fırlandığına görə qütblərdən basıqdır. Ona görə də tam kürə formada deyil. Yeri kürə formada olmasını isə ilk dəfə 1519-1522 ci illər Magellanın ilk dünya səyahəti sübut edıb. XX əsrin 60 cı illərində kosmaosdan cəkilən şəkillərə görə Yeri “geoidə” bənzədiblər. “ Geoid”- hec bir həndəsi fiqur deməkdir. XX əsrin 80 – cı illə\rində daha dəqiq cihazlarla məlum olub ki, Yer cənub qütbü tərəfdən basıqdır. Bu onu ürəyə bənzədir. Ona görə yerin “kardioid “ formada olması haqqında fikir irəli sürüldü. Lakin bütün bunlara baxmayaraq biz Yeri kürə formasında qəbul edirik.Yerin ilk ölcüləri 1924 cü ildə London şəhərində yerləşən Qrinvic rəsədxanasındakı toplantıda qəbul olunubş.Bunlar aşağıdakı kimidir: 1) Yerin sahəsi- 510 mln. km2 2) Quru sahəsi- 149 mln. km2 3) Su sahəsi- 361 mln km2 4) Ekvatorun uzunluğu- 40075 km 5) Meridianın uzunluğu- 40008 km 6) Ekvator radiusu- 6378 km 7) Qütb radiusu- 6357 km 8) Onlar arasında fərq- 21 km 9) Yerin diametri- 12500 km- dir. Yerinkürə formada olmasını sübut edən dəlillər: 1) Gedən gəminin gözdən itməsi 2) Ay tutularkən Yerin kürə şəklinin onun üzərinə düşməsi 3) Yuxarı qalxdıqca üfüqün genişlənməsi 4) Əvvəl dağın zirvəsinin görünməsi, sonra ətəyinin görünməsi 5) Gecə- gündüzün əmələ gəlməsi 6) Kosmosdan cəkilən şəkillər 7) Magellanın dünya səyahəti Kainat
Kainat bizi əhatəedən obyektiv varlıq olub,əbədi və sonsuzdur. Buna “ kosmosda” deyilir. Mənası nizamlznma deməkdir.Kainat səma cisimlərindən təşkil olunub.Səma cisimləri ölcülərinə görə bir- birindən fərqlənirlər.Nəhəngləri ulduz, onların təsiri altında olanlar planet,ulduz və planetlərin ətrafındakılar isə peyk, asteroid, komet, meteorit adlanır. Kainatda ulduzlar qrupu bir-biri ilə bağlı olub,vahid sistem yaradırlar. Buna Qalaktika və ya kəhkəşan deyilir.Qalaktikanın tərkibinə 1 milyarda qədər ulduz daxildir. Kainatda isə 100 milyon belə qalaktika var. Bizim qalaktika “Süd yolu” və ya “ Saman yolu” adlanır. Mərkəzində ulduz coxdur.Dumanlıq formada olan spiral şəkillidir.Qalaktika öz oxu ətrafında fırlanır.Onun arxasında qalan qalaktika “ Metaalaktika “ adlanır. Ona yaxın olan qalaktika isəBöyük Magellan qalaktikası adlanır. Bizin qalaktika öz oxu ətrafında 1 saniyədə 250 km hərəkət edir. Öz dövrəsini 200 milyon ilə başa vurur.Bizim daxil olduğumuz “ Günəş sistemi” “ Süd yolu” qalaktikasının lap kənarında yerləşir. “Günəş sisteminin” mərkəzində Günəş yerləşir.O,orta ölcülü, sarı rəngli bir ulduzdur.Özündən işıq sacır, qaz yığımından ibarətdir. Onun mərkəzində t- 20 000 000 0 C, kənarında isə 60000 C – dir.Onun 70%-ni hidrogen,29%-ni isə helium təşkil edir.Bir saniyədə Günəşdən 600 milyon ton hidrogen ayrılır. Heliuma cevrilir. Günəş ətrafında hərəkət edən səma cisimlərinə isə planetlər deyilir. Planetlərin ətrafında hərəkət edən səma cisimlərinə peyklər deyilir. Bizim “ Günəş sisteminə” ulduzlardan başqa bütün səma cisimləri daxildir. Yerə ən yaxın ulduz Günəşdir.Yerdən Günəşə qədər olan məsafə- 149,6 milyon km-dir.(150).Günəşdən cıxan şüa Yerə 8,3 dəqiqəyə gəlir. Bu dünyada ən sürətli hərəkətdir.Günəşin diametri Yerinkindən 109 dəfə , həcmi 1 milyon 300 min dəfə, kütləsi isə 332 min dəfə coxdur. Günəşdə öz oxu ətrafında hərəkət edir. O, saatda 70000 km fırlanır.Öz dövrəsini 25 sutkaya başa vurur. Günəş sisteminə 9 planet,33 peyk daxildir.Planetlər ulduzların şüaları ilə işıqlanan soyuq səma cisimləridir.Günəşdən uzaqlıqlarına görə aşağıdakı kimi yerləşirlər: 1) Merkuri- Utarit 2) Venera-Zöhrə 3) Yer 4) Mars 5) Yupiter- Müştəri 6) Saturin- Zühal 7) Uran 8) Neptun 9) Pluton Böyüklüyünə görə aşağıdakı kimi yerləşir: 1) Yupiter 2) Saturin 3) Uran 4) Neptun 5) Yer 6) Venera 7) Mars 8) Merkuri 9) Pluton Güməşə ən yaxın planet Merkuri,ən uzaq planet isə Plutondur.Ən böyüyü Yupiter, Ən kiciyi isə bəzi ədəbiyyatlarda Merkurini, bəzilərində isə Plutonu götürülər. Yer günəşdən uzaqlığına görə III. Böyüklüyünə görə isə V yeri tutur.Venera ilə Mars arasında yerləşir. Planetlərin ətrafında səma cisimləri hərəkət edir, buna peyklər deyilir. Ən cox peyk : 1) Yupiterdə- 13 2) Saturində- 10 3) Uranda – 5 4) Neptun və Marsda- 2 5) Yerdə-1 peyk var. Belə güman edilir ki, Merkuri, Venera və Plutonun peyki yoxdur. Günəş sisteminə asteroidlər də daxildir.Onlar planetlərin hərəkəti istiqamətində hərəkət edirlər. Ən cox asteroid Marsla Yupiter arasındadır.kometlər və meteroidlər isə daha kicik səma cisimləridir. Asteroidlərin parcalanmasından meteroidlər yaranır.Meteroidlər Yerə düşərkən meteroit krateri yaradır. Onların düşdüyü yerdə almaz, metal filizləri yaranır.Belə güman edilir ki, nəhəng sürünənlərin məhv olmasına səbəb meteroit yağışları olub. Planetlər 2 qrupa bölünür: 1) Daxili- yəni Yer qrupu planetləri- bura daxildir- Merkuri, Venera, Yer, Mars. Bu planetlər bərk maddələrdən,metallardan,oksigenli birləşmələrdən , su və qazlardan ibarətdir. 2) Xarici planetlər- bunlar nəhəng planetlər də deyilir.Onlar ən cox qaz və dumanlıqlardan təşkil olinduğu güman edilir. Bura – Yupiter, Saturin, Uran, Nuptun, Plutin daxildir. Merkuri- gündüz +50000 gecələr isə 17500 tempuratur olur. Atmosferi yoxdurBərk və isti planetdir. Venera- 48000 temperatur olur.Sıx dumana bənzəyir.Kraterlə örtülüdür. Yer- daxilində t- 35000 , azot və oksegendən ibarətdir. Mars- mənfi tempuraturludur. Karbom qazı ilə əhatə olunub.Qırmızı planet adlanır. Yupiter-Ən nəhəng planetdir.Qaz və buz parcalarından ibarətdir.Hidrogen vəHeliumdan təşkil olunub. Saturin- azot və metandan ibarətdir.Ətrafında buz parcaları hərəkət edir. Bir həlqə yaradır. Uran- tərkibində metan olduğu ücün yaşımtıl mavi rəngəcalır. Yaşıl planet adlanır.Tempuraturu mənfidir. 9 həlqə ilə əhatələnir. Neprun- Ən aşağı tempuraturu ilə secilir.Belə güman edilir ki, nüvəsi bərk buz qatı ilə örtülüdür. Pluton- Ən kicik planetdir, atmosferi yoxdur. Günəş sisteminə daxil olan planetlər və peyklər həm öz oxları ətrafında, həm də Günəş ətrafında hərəkət edirlər.Planetlər öz oxları ətrafında hərəkət edərkən mərkəzdənqacma qüvvəsi yaradır.Bu qüvvə Günəşin planeti özünə cəkmə qüvvəsinə bərabərdir. Ona görə də Günəş sistümi sabit halda fəaliyyət göstərir. Ulduzlar və planetlər əbədi deyil. Onlar özlərindən enerji verdiklərinə ğörə qaralırlar. Məhv olular.Amma əvvəlcə onlarda qara ləkələr əmələ gəlir.Bunlar da orada olan vulkan hesab olunurlar.Bunlar Yerdə seysimik hadisələrə, qütb parıltılarına, atmosfer burulğanlarına səbəb olur. Belə hadisələr hər 11 ildən bir aktivləşir. Yerin öz oxu və Günəş ətrafında hərəkəti Yerin hərəkəti barəsində ilk fikirlər lap qədim zamanlardan insanlara məlum olsa da,din xadimləri bunu qəbul etmək istəmirdilər. Bu fikri söyləyənlərə cox böyük cəza verilirdi. Yerin Günəş ətrafında hərəkətini ilk dəfə polyak astronomu Kopernik söyləyib. Sonra bu fikri 1600-cü ildə Cordano Bruno söyləyib. Bu ideyasına görə onu tonqalda yandırıblar.Yer hərəkət edir. Biz bunu hiss etmirik. Səbəb: onunla birlikdə biz, atmosfer, bütün cisimlər hərəkət edir. Yerin öz oxu ətrafında firlanması fikrini isə 1851- ci ildə fransız Fuko sübut edib. Yer öz oxu ətrafında qərbdən şərqə hərəkət edir.Yəni saat əqrəbinin əksinə. Bütün fırlanan cisimlərin öz fırlanma oxu var. O cümlədən Yerin də öz fırlanma oxu var.Yer fırlanarkan onunla birlikdə bütün nöqtələri dairə cızır, təkcə şimal və cənub qütbündən başqa . Fırlanma sürəti ekvatorda yüksək, yəni 464 m, 500 enlikdə 250 m, qütbdə isə 0 m/ saniyədir. Hərkətsiz, dairə cızmayan bu nöqtələrə qütblər deyilir.Qütbləri birləşdirən xəttə Yerin xəyali oxu deyilir.Yer kürə formasında olduğuna görə Günəş Yerin bütün nöqtələrini eyni vaxtda işıqlandıra bilmir.Ona görə də Günəşə cevrilmiş hissədə gündüz, əks tərəfdə isə gecə olur.Yer fırlandığına görə növbələşmə ardıcıl davam edir. Yer kürəsində gecə və gündüz əmələ gəlir. Yerin öz oxu ətrafında hərəkəti Yerin öz oxu ətrafında hərəkətini 1851- ci ildə Fuko sübut edib.Yer öz oxu ətrafında 23 saat 56 dəqiqə 4 saniyəyə, təxmini 24 saata hərəkət edir. Bu zaman Yer kürəsində gecə və gündüz əmələ gəlir.Yerin öz oxu ətrafında hərəkəti ilə əlaqədar olaraq aşağıdakı coğrafi nəticələr alınır: 1) Yer kürəsində sutka yaranır 2) Gecə və gündüz əmələ gəlir. 3) Vaxt vahidi saata yaranır. 4) Atmosfer sirkulyasiyası baş verir. 5) Süxurların aşınması baş verir. 6) İsti, soyuq, işıq bir- birini əvəz edir. 7) Canlıların həyatına təsir göstərir. 8) Yer hərəkət etdiyinə görə cisimlərin yolları şimalda sağa, cənub yarımkürəsində isə sola meyl edir.Onların belə hərəkət etməsinə səbəb: Yer hərəkət edərkən yaranan koriolis qüvvsidir.Ona görə də okean cərəyanları,atmosfer sirkulyasiyası,hava kütlələri koriolis qüvvəsinin təsirinə məruz qalır. Yerin Günəş ətrafında hərəkəti Uzun zaman adamlara elə gəlib ki, Yer dünyanın mərkəzidir. Bütün səma cisimləri isəonun ətrafında fırlanır.Lakin ilk dəfə Kopernik bunun belə olmadığını söylədi.Beləliklə Yer öz oxu ətrafında hərəkəti ilə bərabər həm də Günəş ətrafınd hərəkət edir.Yerin Günəş ətrafında getdiyi yol orbit adlanır. Orbitin uzunluğu 940 milyon km- dir.Bu yoli Yer 1 saatda 107 min km, 1 dəqiqədə 1800 km, 1 saniyədə isə 30( 29, 8) km yol gedir. Günəş ətrafında tam dövrünü 365 gün 5 saat 48 dəqiqə 46 saniyəyə başa vurur. Yəni 365 gün 6 saata.Buna il deyilir. Bu 6 saatlar hər 4 ildən bir yığılaraq 366 günü əmələ gətirir.Buna uzun il deyilir. Bu zaman fevral ayı 29 gün olur. Fevralın 29- da anadan olan hər uşaq öz ad gününü 4 ildən bir qeyd edir. Yerin oxu öz müstəvisinə 660 33ı meyillidir. Bu da Yer kürəsində şimal və cənub yarımkürələrinin qeyri bərabər işıqlanmasına və fəsillərin əmələ gəlməsinə səbəb olur.3 yanvarda Yer Günəşə daha yaxın, 5 iyulda isə daha uzaq olur. Əgər Yerin xəyali oxu öz müstəvisinə şaqulu vəziyyətdə olsaydı, bu zaman Yer kürəsində fəsillər yaranmazdı, gecə və gündüz bərabər olardı. Yerin oxunun ekvator müstəvisinə müyilliliyi gecə və gündüzün uzunluğunun qeyri bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub.yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq əmələ gələn coğrafi nəticələr: 1) Vaxt vahidi il yaranır. 2) Fəsillər əmələ gəlir 3) İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. 4) Canlıların həyatında böyük dəyişikliklər baş verir. Fəsillərin əmələ gəlməsi Qlobus və xəritələrdə Yerin ortasından bir xətt kecir. Buna ekvator deyilir. Ekvatorun yaxınlığından qırıq- qırıq xətt cəkilib. Buna tropik xətləri deyilir. Bu xətlər 230 26ı Şimal və cənub enliklərindən kecir.Yəni 26, 5 dərəcədən.Şimal tropik xəttinə xərcəng, cənub tropik xəttinə isə oğlaq tropiki deyilir.Bu xətləri cəkməkdə məqsəd: 1) Bu xətlərin üzərində günəş ildə bir dəfə zenitdə olur. Zenit o deməkdir ki, günəşin düşdüyü ən hündür nöqtə. Günəşin düşdüyü ən hündür nöqtə 900- lik bucaqdır. Bu bucaq zenit adlanır.Şimal tropikinda 22 iyunda, cənub tropikində 22 dekabrda. 2) Bu xətlərin arasında ildə 2 dəfə zenitdə olur. Bir ekvatordan şimal və cənub tropik xətlərinə doğru gedəndə, bir də qayıdanda. 3) Bu xətlər arasında Günəş öz yerini dəyişir, fəsillər əmələ gəlir. 4) Bu xətlər icərisində demək olar ki, gecə ilə gündüz arasında fərq ya olmir, olsa da cox cüzi olur. 5) Bu xətlər arasında 1 fəsil olur. O da yay fəsli. Qlobus və xəritələrdə qütblərin yaxılığından da qırıq-qırıq xətlər cəkilib. Bu xətlər 66030ı –dən cəkilib. Buna qütb dairəxətləri deyilir.Qütb dairə xətləri də 2 dənədir. Şimal və cənub qütb dairə xətləri.Bu xətləri cəkməkdə məqsəd: 1) Bu xətlər icərisində gecə və gündüzün növbələşməsi pozulur. Gecə olanda gündüz,gündüz olanda isə gecə olmur. Demək bu xətlər gecə və gündüzün növbələşməsinin pozulduğu ərazilərdir.Qütb gecə və gündüzləri bu xətlərdən başlanaraq qütbə doğru davam edir. 66034ı (66,50)şimal və cənub paralelinin üzərində ildə bir dəfə qütb gecəsi, bir dəfə isə qütb gündüzü olur. 2) Bu xətlər icərisində də fəsillər əmələ gələ bilmir. Burada da 1 fəsil var. Qış fəsli.Bu xətlər icərisində və ya ona yaxın olan ərazilərdə yayda gündüzün, qışda isə gecələrin sayı coxalır. Yerin Günəş ətrafında hərəkət etməsi ilə əlaqədar olaraq fəsillərin əmələ gəlməsinə nəzər salaq. Günəş ekvator xətti üzərində zenitdə olanda Yer kürəsinin hec bir nöqtəsində gecə ilə gündüz arasında fərq olmur. Ona görə də Yaz və payız gecə- gündüz bərabərlik məhvumu əmələ gəlib.Yaz və payız gecə- gündüzü bərabərliyi olur Günəş ekvator üzərində olanda. Yaz gecə- gündüz bərabərliyi martın 21-də, payız gecə- gündüz bərabərliyi olur sentyabrın 23- də. Yüz gücə-gündüz bərabərliyi martın 21- də olur.Bu zaman şimal yarımkürəsinə yaz girir.Səbəb –Şimal yarımkürəsi Günəşə doğru meyillənir.1 sutkada 15 dəqiqə olmaqla.Bu zaman şimal yarımkürəsində gündüzün uzunluğu və tempuratur get-gedə artır, cənubda isə azalır.Cənuba payız girir.Səbəb- cənub yarımkürəsi Günəşdən uzaqlaşır.Şimalda yaz- mart,aprel, may aylarıdır. Cənubda bu aylar payızdır. 21 mart şərq ölkələrində yeni ilin başlanğıcı kimi götürülür.21 martadan sonra Günəş şimal tropik xəttinə tərəf getdikcə meyillənir.( ekvatorla şm. Tropik xətti arasında məsafə 23,50 –dir.Bu yolu Günəş həm gedir, həm də qayıdır- 23,50+23,50= 470Bu cənub yarımkürəsində də belədir.470+470= 940 . İl 365 gündür- 365: 94= 3,8 günə bir dərəcəni gedir.23,5X3,8= 89,3( 90) günə. 90 günümüz təxminən 3 aydır.Deməli Günəş 3 aya ekvatordan şimal tropik xəttinin üzərinə gedir. İyun ayının 22- də Şimal tropik xətti üzərində dayanır.Bu zaman şm. Qütb dairəsi Günəşə tərəf meyillənir.Şm. yarımkürəsinə yay girir.Günəş şüaları günorta şimal tropik xətti üzərində yerləşən bütün cisimlərə 900 bucaq altında, yəni şaquli vəziyyətdə düşür.Ona görə də kölgə yaranmır.22 iyunda şm.-da 1-cə gün ən uzun gündüz, cənubda isə ən uzun gecə olur.Şimalda gecələr qısalır, gündüzlər uzanır. Ona görə 22 iyun yay gündönümü adlanır.Şimal qütb dairəsində qütb gündüzü,cənub qütb dairəsində isə qütb gecəsi olur. Yəni şimalda gün batmır, cənubda isə gün cıxmır.Şimalda iyun, iyul,avqust yay, cənubda isə qış aylarıdır.22 iyundan başlayaraq Günəş yenidən ekvatorun üzərinə gəlir. Bunun ücün yenə də3 ay vaxt lazım gəlir. 23 sentyabrda Günəş ekvatorun üzərinə gəlir.Yenə Yer kürəsində gecə ilə gündüz bərabərləşir.Amma buna payız gecə-gündüz bərabərliyi deyilir. Cünki,artıq cənub qütbü Güənəşə tərəf meyillənir. Cənub yarımkürəsinə yaz girir. Şimala isə payız girir.Cənubda yaz sentyabr, oktyabr, noyabr aylarıdırsa, şimalda bunlar payız aylarıdır. Bu zaman şimalda gündüzlər yavaş-yavaş azalır, gecələr coxalır. Cənubda isə əksinə olur.3 ay ərzində Günəş ekvatordan cənub tropikinə gəlir. 22 Dekabrda olur Cənub trupik xətti üzərində.Cənub qütb dairəsi bütünlüklə Günəşə tərəf meyillənir. Şimal yarımkürəsi isə Günəşdən uzaqlaşır.Cənubda yay girir. Şimalda isə qış girir. Ona görə 22 dekabr qış gündönümü adlanır.Cənubda 1-cə gün ən uzun gündüz,şimalda isə ən uzun gecə olur.Cənub qütb dairəsində qütb gündüzləri, şimalda isə qütb gecələri başlayır. Cənubda gündüzlər üzanır, gecələr qısalır. Şimalda isə əksinə olur.22 dekabrdan sonra Günəş yenidən ekvatora doğru hərəkət edir. 21 martada ekvator üzərinə gəlir. Beləliklə, 365 gün 5saat 48 dəqiqə 46 saniyəyə Yer Günəş ətrafında hərəkət edərək,orbit üzrə öz dövrəsini başa vurur. İl yaranır. Fəsillər əmələ gəlirək, istilik, iqlim və işıqlanma qurşaqları yaranır.Beləliklə 21 martdan 23 sentyabra qədər şimal yarımkürəsində yaz,yay,cənubda payız və qış aylarıdır. 23 sentyabrdan 21 marta qədər cənub yarımkürəsində yaz, yay, şimalda isə payız və qışdır.Günəş ətrafında hərəkəti ilə əlaqədar olaraq Yer kürəsində aşağıdakı işıqlanma qurşaqları əmələ gəlir:1) Şimal və cənub tropik xətləri arasında 1 tropik istilik qurşağı- Bu xətlər arasında yerləşən bütün ölkələrdə, şəhərlərdə, məntəqələrdə bir fəsil olur-yay, gecə ilə gündüz bərabər olur.Demək olar ki, sutkalıq ampilitud olsa da, illik ampilitud olmur.Bura İndoneziya, Braziliya, Kolumbiya, Ekvador, Peru, Qabon, Mərkəzi Afrika, Şri-Lanka, Papua Yeni Qvineya, Venesuela,Surinam, Mərkəzi Amerika dövlətləri, Keniya, Tanzaniya,Efiopiya, Sudan, Niger, Nigeriya, Cad, Mavritaniya, Mali, Mozanbik və sairə ölkələr aiddir.2) Şimal tropik xətti ilə şimal qütb dairəsi arasında- şimal mülayim qurşaq3) Cənub tropik xətti ilə şənub qütb dairəsi arasında- cənub mülayim qurşaq- hər 2 qurşaqda fəsillər aydın nəzərə carpır.Gecə ilə gündüz arasında fərq coxalır. Yazda və payızda aydın havalarda sutkalıq ampilitud olur. İllik ampilitud daha cox müşahidə olunur.Bura aiddir- ABŞ, Kanada, Mekcika, Rusiya, Cin, Türkiyə, Ermənistan, Gürcüstan, Azərbaycan, Qərbi və Şərqi Avropa ölkələri, Mərkəzi Asiya, Yaponiya, Koreya və sairə ölkələri.4) Şimal qütb dairəsi ilə şimal qütbü arasında- şimal soyuq qurşaq5) Cənub qütb dairəsi ilə cənub qütbü arasında- cənub soyuq qurşaq yerləşir. Burda bütün ili havalar soyuqdur, tempuratur (-) –dir.Bir fəsil var- qış.Gecə ilə gündüzün növbələşməsi olmur.İllik ampilitud da olmur. Bura daxildir- Kanada, ABŞ, Rusiya, Norvec, İsvec, Finlandiyanın şimal hissələri və Antarktida, Qrenlandiya adası.İşıqlanma qurşaqlarının sərhəddi tropik xətləri və qütb dairə xətlərindən götürülür.İşıqlanma Yer oxunun meyilliliyindən aslıdır. Bu da fəsillərin dəyişməsinin əsasını təşkil edir.Azərbaycanın ərazisi mülayim işıqlanma və istilik qurşağına düşür.Ay Yerin peykidirAkademik Vernadskinin fikrinə görə Ay Yerdən ayrılıb. Əvvəllər Ay öz işığı ilə, sonralar isəGünəşin işığını əks etdirməklə Yeri işıqlandırmağa başlayıb. Güya Ayın Yerdəki cökəkliyindən Sakirt okean yaranıb. Ayda nüvə yoxdur. Ona görə də Ayda maqnit sahəsi yoxdur.Nüvənin olmamasına səbəb- Ayın Yerin üst qatındakı laylardan ayrılmasıdır. Aydan Yerə qədər məsafə 384 400 km-dir. Ayın kütləsi Yerin kütləsindən 81, 3 dəfə kicikdir.Ayın 2 cür hərəkəti var:1) Öz oxu ətrafında- 29,5 yer sutkasına öz oxu ətrafında hərəkət edir.Bu zaman Ayda gecə- gündüz əmələ gəlir.15 gün gündüz, 15 gün gecə olur. 1 sutka 30 günə bərabərdir. 1sutkada həm yay(15 gün), həm də qış (15 gün) olur.2) Yer ətrafında hərərkəti. Bu hərəkəti Yer ətrafında saatda 1km sürətlə gedir. 28 sutka 13 saata ( 27,3) başa vurur.İnsanlar bu təlrarlanmadan vaxt vahidi kimi istifadə ediblər. Qəməri təqvimini yaratmışlar.Belə güman edirlər ki, Ayın yaxınlığında seyrək atmosfer var. Yer atmosferindən fərqlənir.Hidrogen və neon qazlarından ibarətdir.Ona görə də orada canlılar əmələ gələ bilmir.Ay işıq sacmır. Ona işıq verirGünəş, Yerin atmosferindən əks olunan Günəş şüaları.Ayı biz müxtəlif formalarda görürük. Buna səbəb- Ayın Yer ətrafında, Yerlə birlikdə Günəş ətrafında hərəkət etməsidir.Beləki, Ay Günəşlə Yer arasında olanda onun qaranlıq tərəfi Yerə düşür.Ona görə onu biz 7 gün görmürük.7-14 gün arasında biz onu yarımdairə şəklində görürük.14-21 gün arasında tam dairə şəklində görürük.21-28 gün ərzində yarımdairə şəklində olur.Sonra isə yenə görünmür.Yer, Ay və Günəşin fəzadakı mövqeyi arasında cüzi uyğunsuzluq olduğuna görə Günəş və Ay tutulmaları baş verir.Yer kürəsi Ayla Günəş arasında olanda Ay tutulur.Ay Yerlə Günəş arasında olanda Günəş tutulur.Ayda sıx atmosfer olmadığına görə Gündüzlər 130 dərəcə C – qızır,axşamlar 150-170 dərəcə C soyuyur. Güman edilir ki, Ayın 40%-i dəniz, 60%-i isə qurudur. Gördüyümüz ləkələr Ayda olan dağlardır.Bu dağlara Altay, Qafqaz dağlarının adı verilib. İlk dəfə Ay 1609 cu ildə Qalileo Qaliley baxıb.Onun xəritəsini Heveli, atlasını isə Kopyer tərtib edib.İlk dəfə görünməyən tərəfinin şəklini 1959 –cu ildə “Luna-3” stansiyası cəkib.1967- ci ildə “ Luna-9” stansiyası Ayın səthinə enib. Ayın fotoşəklini cəkib.Buna əsasən ilk dəfə Ayın qlobusu 1967- ci ildə düzəldilib.21 iyun 1969- cu ildə ilk dəfə Aya amerikan astronomları Armstronq, Oldrin “ Apollon-II “kosmik gəmisində Aya gediblər.Ay və Yer bir- birinə güclü təsirə malikdir.-bir-birini cəzb edirlər. Ayın cazibə qüvvəsi nəticəsində Dünya okeanında qabarma və cəkilmə olur.Bu zaman Yrin atmosferi dayaz su səthini özünə tərəf qabardır. Dərin yerlərdə və acıq okeanda qabarma və cəkilmə olmur.Yer maqnitizmi və qravitasiyaÜfüqün cəhətləri kompasla təyin edilir. İlk kompas Cində düzəldilib. Onu Avropaya ərəblər gətiriblər. O dövrdə kompasın əqrəbinin şimala və cənuba baxmasını qütb uldzu ilə, Yerin coğrafi qütbləri ilə bağlayırdılar. Lakin ilk dəfə XVII əsrdə 1600 – cü ildə Gilbert sübut etdi ki, buna səbəb- Yerin maqnit qütbləridir.Yəni Yer maqnit xassəsinə malikdir.o da öz ətrafında maqnit sahəsi əmələ gətirir.sərbəst vəziyyətdə dayanan əqrəb ani vaxtdan sonra şimal və cənuba yönəlib.Kompasın əqrəbi elə ona görə də coğrafi qütbləri yox, maqnit qütblərini göstərir.Şimal maqnit qütbi- yerləşir- 740 şm. eni ilə 1000 q. uzunluğunda. Kanada arxipelağında. Cənub maqnit qütbi isə yerləşir- 680 c.e. ilə 1430 ş.u-da. Anterktida sahillərindəki, Adeli torpağında.Yerin coğrafi qütblərini birləşdirən xətlə Yerin maqnit qütblərini birləşdirən xətlər üst- üstə düşmür. Onlar müəyyən bucaq əmələ gətirirlər. Bu bucağa maqnit meyl bucağı və ya inhiraf bucağı deyilir.Maqnit qütbləri sabit deyil, Onlar gah şərqə, gah da qərbə tərəf ildə 5-6 km öz yerlərini dəyişirlər.Buna səbəb:1) Yerin nüvəsi ilə yer qabığının müxtəlif sürətlə fırlanmasıdır. Bu da nüvə ilə yer qabığı arasında elektrik burulğanını əmələ gətirir.2) Yerin daxilinda tempuratur, təzyiqin qeyri bərabər paylanmasıdır.3) Günəşdə baş verən proseslərlə bağlıdır.İlk maqnit rəsədxanası kecən əsrdə alman Qaus tərəfindən yaradılb.Maqnitzmin elementləri- kompas, maqnit tərəzisi, maqnitometr, maqnit teodaliti və sairə.Dəmir, nikel, kobaltda, manqanda maqnitlik cox güclüdür.Maqnit hərisliyi olan cisimlərə-ferromaqnit cisimlər deyilir.Faydalı qazıntıları axtaranda maqnit hərisliyi nəzərə alınır.Bunula qazıntı yataqlarını acmaq mümkün olur.Bunu ücün ferromaqnit cihazlarından istifadə olunur.Ferromaqnit qrupu yerləşən ərazilərdə cihaz güclü hərisliyi qeydə alır. Belə məntəqələrə maqnit anamaliyaları deyilir. Maqnit anamaliyaları 2 cür olur:1) Geoanamaliyalar-Şərqi Sibir, Skandinaviya, Labrador2) Yerli anamaliyalar- Kurski, Daşkəsən, Krivoy-Roq, Kustanay, Belə güman edilir ki, tempuratur artdıqca elementlerdə maqnitlik hərisliyi azalır.Göyə atılan bütün cisimlər Yerə düşür. Buna səbəb Yerin cazibə qüvvəsidir. Bu qüvvəni ilk dəfə İssak Nyuton kəşf edib. Yerə düşən cisimələrə Yer də eyni təcillə cavab verir.Buna səbəb ağırlıq qüvvəsidir qüvvəsidir.Ağırlıq qüvvəsinin yaranmasının 2 səbəbi var:1) Cazibə qüvvəsidir- buna qravitasiya da deyilir.2) Mərkəzdənqacma qüvvəsidir.Mərkəzdənqacma qüvvəsini yaradır Yerin öz oxu ətrafında fırlanması. Mərkəzdənqacma qüvvəsi və cazibə qüvvəsi birləşib qravitasiya qüvvəsini yaradır.Qravitasiya qüvvəsini təcilinin vahidi Qalileyin şərəfinə “qal” adlanır.
|